Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə məlumat verib.
“İki sahil” xəbər verir ki, APA-nın diplomatik kanallardan əldə etdiyi məlumata görə, Tehranın polis rəisinin dedikləri tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.
İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır.
Qeyd edək ki, bu gün səhər saatlarında “Kalaşnikov” avtomatı ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə hücum edib. Səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülüb, daha iki əməkdaş yaralanıb.
Hücum edən şəxs tutulub.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər