27 yanvar 2023 12:38
433

Azərbaycanın Rusiyadakı səfirliyi Tehrandakı hücumla bağlı başsağlığı verib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş xain silahlı hücum nəticəsində qətlə yetirilmiş, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışmış Orxan Əsgərovun ailəsinə və yaxınlarına, onun xidmət yoldaşlarına səfir Polad Bülbüloğlunun və səfirliyin

kollektivi adından dərin hüznlə baş sağlığı veririk.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən bildirilib.

"Yaralanan mühafizə əməkdaşlarına Allahdan tez bir zamanda şəfa diləyirik. İnanırıq ki, bu vəhşi hücumu təşkil edən və törədənlər layiqli cəzalarını ən

sərt şəkildə alacaqlar! Allah rəhmət eləsin!", deyə Səfirliyin məlumatında qeyd olunub.