27 yanvar 2023 13:00
276

ABŞ səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib

ABŞ səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfirliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ səfirliyi paylaşım edib.

“İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılanlara şəfa diləyirik”, - paylaşımda deyilir.