27 yanvar 2023 13:12
319

BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

"Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm".

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə yazıb.

"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa deyirəm", - o vurğulayıb.