27 yanvar 2023 14:00
515

Fransa səfiri: Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bizi dərindən kədərləndirir

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“İki sahil” xəbər verir ki, bununla bağlı fransalı diplomat "Twitter"də paylaşım edib.

"Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bizi dərindən kədərləndirir. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan XİN-dəki həmkarlarıma və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm", səfir bildirib.