Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov London müxbirinə açıqlamasında deyib.
O, İran səfirliyinə hücum nəticəsində həyatını itirən səfirlik əməkdaşı Orxan Əsgərovun ailəsinə başsağlığı verib:
“Biz son illərdə xarici ölkələrdəki Azərbaycanın diplomatik missiyalarına bir tərəfdən erməni radikalların, digər tərəfdən müxtəlif ekstremist qrupların nümayəndələrinin iştirak etdiyi hücumların şahidi oluruq. Bu yalnız Azərbaycan diplomatik missiyalarına qarşı hücumlar deyil, eyni zamanda Azərbaycanın dünyada proqressiv cəmiyyətin rəmzi olmasına, onun inkişafına da olan hücumlardır”
Səfir qeyd edib ki, dünyanın proqressiv gələcəyini düşünən qüvvələr Azərbaycanın yanında durmalıdır.
Qeyd edək ki, ötən il Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum etmişdi. Səfirliyin binasına daxil olan şəxslər səfirlik binasına xəsarət yetirmiş, yerli polisin müdaxiləsindən sonra binadan çıxarılmışdılar.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər