Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, spiker bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb edib.
“Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik.
Hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”, - deyə Sahibə Qafarova vurğulayıb.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər