27 yanvar 2023 14:30
536

Mehriban Əliyeva Azərbaycanın İran səfirliyinə silahlı hücumla bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı "Instagram"da paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan səfirlik əməkdaşı Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"