27 yanvar 2023 15:19
308

Qırğızıstan XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in “Twitter“ səhifəsində paylaşım edilib.

Qırğızıstan XİN həmçinin səfirliyin mühafizə xidmətinin rəhbərinin qətlə yetirilməsi ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq”, – qeyd olunub.