27 yanvar 2023 15:31
314

Slovakiya XİN: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyirik

Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Slovakiya XİN "Twitter"də paylaşım edib.

"Slovakiya Azərbaycanın Tehrandakı səfirliyinə bu gün edilmiş silahlı hücumu qətiyyətlə pisləyir. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”, - deyilir.