27 yanvar 2023 16:02
357

GUAM Azərbaycanın İrandakı səfirliyində terror törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir

GUAM Azərbaycanın İrandakı səfirliyində törədilən və səfirliyin əməkdaşının ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilat yaydığı bəyanatda bildirib.

"Həlak olanın ailəsinə, səfirliyin əməkdaşlarına və Azərbaycana dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik.

GUAM Katibliyi olaraq Azərbaycan Respublikası ilə qəti həmrəy olduğumuzu bildirir, bu xain, qorxaq terror aktını törədənlərin və sponsorlarının məsuliyyətə cəlb olunmasını tələb edirik".