Rusiya tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Sergey Lavrovun himayəsi ilə görüşünü keçirməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Bakı və İrəvana da məlumat verilib.
“İki sahil” xəbər verir ki, ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Güman edirik ki, dövri olaraq yerdə vəziyyətin çətinləşməsi danışıqlar prosesinin dayandırılmasına, dondurulmasına səbəb olmamalıdır. Nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsi daxil olmaqla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bütün treklərdə işin tezliklə bərpa olunması vacibdir”, - XİN rəsmisi vurğulayıb.
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır