Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə lideri “Twitter“də bildirib.
“Azərbaycanın Tehran səfirliyinə edilən, təhlükəsizlik əməkdaşının şəhid edildiyi mənfur hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı diləklərimi çatdırır, yaralılarımıza təcili şəfalar diləyirəm.
Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır” – Türkiyə Prezidenti vurğulayıb.
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır