Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilən xain hücumun kimlər tərəfindən həyata keçirildiyi müəyyən edilməlidir. İranı məsuliyyətə dəvət edirəm.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib.
O, son zamanlar İranın Azərbaycanın əldə etdiyi uğurlardan narahat olduğunu diqqətə çəkib.
“Azərbaycanın 44 günlük müharibə qazandığı Zəfərdən sonra İranın narahat olduğunu görürsüz. Bu uğur niyə İranı narahat edir, bunu anlamıram. Azərbaycanla sərhəddə hərbi təlimlər, Prezident Ərdoğanın Bakıda dediyi şeirə göstərdikləri reaksiya, Ermənistanla birgə təlim keçirmək arzusu, Ermənistanda konsulluq açmaqları, o cümlədən, Azərbaycana qarşı səsləndirilən iyrənc açıqlamalar həm Azərbaycanı, həm də Türkiyəni narahat etməkdədir”, - deyə o bildirib.
Səfir, İranın Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyənin “bir millət, bir dövlət” olduqlarını bilməsinin vacibliyini də vurğulayıb.
“Azərbaycana qarşı həyata keçirilən hər bir hücumu biz Türkiyəyə qarşı hücum kimi qiymətləndiririk. Azərbaycanın Tehrandakı səfirliyi bizim birgə səfirliyimizdir. Biz bu iyrənc hücumu həyata keçirənlərin tez bir şəkildə müəyyən edilməsini istəyirik”.
Hulusi Kılıç, həmçinin, hücumla bağlı Azərbaycan xalqı və səfirliyin qətlə yetirilən əməkdaşı Orxan Əsgərovun ailəsinə başsağlığı verib.
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır