Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin “Twitter“ hesabında paylaşım edilib.
“Azərbaycanın Tehrandakı səfirliyinə insan tələfatı və yaralılarla nəticələnən silahlı hücumla bağlı yayılan xəbərlərdən dəhşətə gəldik. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı veririk”, - paylaşımda bildirilib.
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır