Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Nayef Falah Əl Həcrəf İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə bir neçə şəxsin ölümü və yaralanması ilə nəticələnən silahlı hücumu pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurası bəyanat yayıb.
"Baş katib bu faciədə Şuranın Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə həmrəyliyini bəyan etməklə yanaşı, diplomatik fəaliyyəti tənzimləyən nizamnamə və konvensiyalara uyğun olaraq diplomatik obyektlərin qorunmasının zəruriliyini vurğulayır. Zati-aliləri həlak olan şəxsin ailəsinə, qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralananların hamısının tezliklə sağalmasını arzulayır", - bəyanatda qeyd olunub.
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır