28 yanvar 2023 14:00
346

"TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Gimnastikanın "TeamGym" növü üzrə 2024-cü il Avropa çempionatı Bakıda keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Gimnastikasının (EG) rəsmi saytı xəbər yayıb.

Yarış 16 - 19 oktyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növüdür. Buraya 3 alət üzərində çıxışlar daxildir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut).

Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.

“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).