Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov Milli Məclisin yaz sessiyası üçün İş planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsinin daxil edilməsi təklifi ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən ilk iclasında çıxış edən Əziz Ələkbərov deyib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna edilən dəyişikliklər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da öz töhfəsini vermiş olacaq.