Azərbaycan parlamenti Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı ratifikasiya edib.
“İki sahil” xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.