02 fevral 2023 14:49
705

SOCAR-ın təşkilatçılığı ilə könüllülər üçün tədbir - FOTO

SOCAR-ın təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “Heydər Əliyev İli” və Azərbaycan Gəncləri Günü ilə əlaqədar könüllülərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Heydər Əliyev İli” və Ulu Öndərin təsis etdiyi Azərbaycan Gəncləri Günü ilə əlaqədar SOCAR-ın təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə 2023-cü il fevralın 1-də 15-ə yaxın könüllü təşkilatından olan gənclərin iştirak etdiyi tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, könüllülər ilk öncə SOCAR-ın Baş ofisinə gələrək burada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

Sonra könüllülər üçün SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər təşkil olunub.

Burada SOCAR rəhbərliyinin iştirakı ilə könüllülərlə görüş keçirilib, ölkəmizin neft-qaz sənayesi və zavodun fəaliyyətindən bəhs edən təqdimat olub. Könüllülərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası, həmçinin zavodun tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verilib.

Daha sonra könüllülər zavodun istehsalat sahəsində olub, burada emal prosesi, modernizasiya və yenidənqurma işləri ilə tanış olublar.