03 fevral 2023 15:12
210

ARDNF ötən ay satılan valyutanın həcmini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

“İki sahil” xəbər verir ki, açıqlamada bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8.9% artaraq 49 033,6 milyon ABŞ dolları təşkil etmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 586,0 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 699,0 milyon ABŞ dolları təşkil etmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.