03 fevral 2023 15:59
227

EBRD aqro sahəsində fəaliyyət göstərən startapları maliyyələşdirəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) agro-texnoloji startaplara dəstək verilməsi üçün "AgVenture" müsabiqəsinə start verib.

“İki sahil” EBRD-yə istinadən xəbər verir ki, qalib startaplar EBRD-nin "Star Venture" proqramı vasitəsilə 80 000 avroya qədər olan xüsusi məsləhət dəstəyindən və əlavə xidmətlər, əməkdaşlıqlar və beynəlxalq forumlarda tanınma imkanları üçün 10 000 avro qrantdan faydalanacaqlar. Qalib startaplar aprel ayının sonunda elan olunacaq.

Məlumatda deyilir ki, EBRD bu layihəyə başlanğıc mərhələdə olan innovativ aqrar müəssisələri dəstəkləmək məqsədilə EBRD-nin sərmayə yatırdığı bütün ölkələrdə həyata keçirir.

Müsabiqə qida təhlükəsizliyi, iqlim dəyişikliyi, hədəf qrupların və kiçik bizneslərin qlobal dəyər zəncirlərinə daxil edilməsi kimi qida sənayesindəki əsas problemləri həll etməyi hədəfləyir.