03 fevral 2023 17:14
314

ETSN qanunsuz ov edənlərə xəbərdarlıq edib

"Son zamanlar qanunsuz balıq ovu ilə mənfi hallara rast gəlinir. Belə ki, ölkədə olan milli parkların ərazilərində ov aparılır ki, bu da qadağandır".

“İki sahil” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ağgöl və Qızılağac gölü ətrafında qanunsuz ov faktları aşkarlanıb: "Həmçinin çöl donuzunun ovlanması halı müşahidə olunub. Ov edənləri bu işdən çəkinməyə səsləyirik".