Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yardım göndərən vətəndaşlarımıza təşəkkür edib.
“İki sahil” xəbər verir ki, səfir bu barədə özünün “Twitter“ səhifəsində paylaşım edib.
“Kədəriniz-kədərimizdir” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun”, - deyə səfir qeyd edib.