13 fevral 2023 17:40
340

Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüş keçirilib.

“İki sahil” Dövlət Dumasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüş çərçivəsində iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu, Dövlət Duması ilə Milli Məclis arasında imzalanmış ilk sazişdir.

Bundan başqa, görüşdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması haqqında qərar qəbul edilib.