13 fevral 2023 22:24
424

Naxçıvan MR Baş nazirinin birinci müavini Sədərəkdə vətəndaşların qəbulunu keçirib

Naxçıvan MR Baş nazirinin birinci müavini Sədərəkdə vətəndaşların qəbulunu keçirib
Naxçıvan MR Baş nazirinin birinci müavini Sədərəkdə vətəndaşların qəbulunu keçirib
Naxçıvan MR Baş nazirinin birinci müavini Elşad Əliyev Sədərəkdə vətəndaşların qəbulunu keçirib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, qəbulda Sədərək rayonunun kəndlərindən 31 nəfərin şikayəti dinlənilib.

Qeyd edək ki, qəbul zamanı həlli mümkün olan şikayətlər yerindəcə həll edilib, araşdırılma tələb edən şikayətlərin həlli ilə əlaqədar tədbirlər planı hazırlanıb, ayrı-ayrı dövlət qurumlarına tapşırıqlar verilib.