14 fevral 2023 14:02
316

Türkiyə səhiyyə nazirinin müavini FHN-in Kahramanmaraşdakı mobil səhra hospitalında olub

Türkiyə səhiyyə nazirinin müavini Tolqa Tolunay Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalına gəlib.

“İki sahil” xəbər verir ki, nazir müavini hospitalda yaradılmış şəraitlə tanış olub.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Tolqa Tolunaya yaradılmış şəraitlə bağlı məlumat verib.

Hazırda onlar hospitalda müayinə olunan xəsarətlərin son durumu ilə maraqlanıblar.