14 fevral 2023 20:39
358

Azərbaycanın və İsrailin NATO-dakı səfirləri görüşüb

Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Cəfər Hüseynzadə "Twitter"də bildirib.

"İsrailin Aİ və NATO-dakı səfiri Haim Regevi Azərbaycanın NATO-dakı Nümayəndəliyində salamlamaqdan çox məmnun oldum. Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk", - deyə azərbaycanlı diplomat bildirib.