14 fevral 2023 21:30
428

Türkiyədəki zəlzələdə 6 azərbaycanlı həlak olub

Türkiyədə baş verən dağıdıcı zəlzələdə 6 azərbaycanlı həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə XİN məlumat yayıb.

Qeyd olunub ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2021-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.

"Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb. Allah rəhmət eləsin!", - deyə nazirlikdən bildirilib.