15 fevral 2023 12:44
432

Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə plenar iclasa tövsiyə olunub - YENİLƏNİB

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

“İki sahil”in xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Komitə üzvləri sənəd barədə fikirlərini bildiriblər.

Məruzə parlamentin plenar iclasına tövsiyə olunub.