28 fevral 2023 14:25
339

Ceyhun Bayramov: Qarabağda əhalinin humanitar problemlərlə üzləşməməsi üçün lazımi addımlar atılır

Azərbaycan tərəfinin mövqeyi məlumdur və qətidir. Biz ilk gündən demişik ki, vəziyyətin gərginləşməsinə qarşıyıq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“İlk növbədə isə Qarabağda yaşayan erməni əhalinin humanitar problemlərlə üzləşməməsi üçün lazımi addımlar atılır”, - nazir qeyd edib.