28 fevral 2023 19:57
511

Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışır

Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident Azərbaycanın bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını bildirib.