01 mart 2023 12:18
367

Yaxşı olar ki, Aİ missiyası qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması istiqamətində də olsun - Əziz Ələkbərli

İcma sədri: Qərbi azərbaycanlıların hüquqları da masa üzərinə qoyulmalıdır

Yaxşı olar ki, Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının missiyası qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması istiqamətində də olsun".

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

"Beynəlxalq hüquqa uyğun olaraq, bu insanların hüquqları da masa üzərinə qoyulmalıdır", - icma sədri vurğulayıb.