01 mart 2023 12:25
606

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa dair ictimai dinləmə keçiriləcək

Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına – Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.