01 mart 2023 13:01
333

Vəkillər Kollegiyası Naxçıvanda pulsuz hüquqi yardım aksiyaları keçirəcək - VİDEO

 “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası Naxçıvanda pulsuz hüquqi yardım aksiyaları keçirəcək.

“İki sahil” xəbər verir ki,  mart ayından etibarən ayda 1 dəfə təşkil edilən aksiyalarda vəkillər tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstəriləcək.

Hüquqi yardım aksiyasında iştirak üçün aşağıdakı əlaqə vasitələrindən birinə müraciət etməklə qeydiyyatdan keçə bilərsiniz:

Tel: 036- 545-58-06, 050-768-88-80