01 mart 2023 14:30
346

Avropa İttifaqı: Xocalıda baş tutan görüş ümidvericidir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.

“İki sahil” xəbər verir ki, Klaar bu barədə Tvitter paylaşımında qeyd edib.

“Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, - paylaşımda bildirilib.