01 mart 2023 16:38
460

BMT Baş Assambleyasının prezidenti bu gün Azərbaycan gəlir

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə bu gün Azərbaycan gəlir.

“İki sahil” xəbər verir ki,  Çaba Koroşi bu barədə "Twitter" hesabında məlumat verib.

"BMT-nin İnsan Haqları Mərkəzinə son dərəcə məhsuldar səfərimdən sonra İsveçrədən ayrılıb Azərbaycana gedirəm. Qonaqpərvərliyə görə İsveçrə xalqına minnətdarlığımı bildirirəm", - BMT rəsmisi bildirib.