01 mart 2023 17:06
306

Prezident Dövlət Xidmətinin rəhbərini vəzifəsindən azad edib

Mədəniyyət Nazirliyində daha bir kadr dəyişikliyi baş verib. 

“İki sahil” xəbər verir ki,  Prezident İlham Əliyevin Sərəncamı ilə Azad Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi postundan azad edilib. 

Qeyd edək ki, 45 yaşlı A.Cəfərli 2021-ci ilin fevralında sözügedən Xidmətin rəisi təyin edilmişdi.