01 mart 2023 18:00
314

Baş nazirin müavini Tanzaniyanın Vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev martın 1-də Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo ilə görüşüb.

Bu barədə "İki sahil"ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün əhəmiyyəti vurğulandı.

Azərbaycan ilə Tanzaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıldı.