02 mart 2023 08:02
369

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlib

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Azərbaycana gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə C.Kőrösi "Twitter" hesabında məlumat verib.

"Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev tərəfindən səmimi qarşılandım. Yaşıl enerji transformasiyasında lider olan ölkəyə səfər etməkdən məmnunam", - o qeyd edib.