02 mart 2023 16:51
367

Prezident Metsamor AES-in bütün regiona böyük nüvə təhlükəsi yaratdığını Qrossinin diqqətinə çatdırıb

Prezident İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən nüvə təhlükəsizliyi probleminə toxunub.

“İki sahil” xəbər verir ki, dövlət başçısı Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib.

Dövlət başçısı bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.