02 mart 2023 17:05
332

Prezident İlham Əliyev: Azərbaycan AEBA ilə əməkdaşlığa böyük önəm verir

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən deyib.

Dövlət başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirib. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.