02 mart 2023 17:46
587

Prezident İlham Əliyevin adından Qoşulmama Hərəkatı Zirvə görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.