03 mart 2023 13:01
601

Almaniya Ermənistan-Azərbaycan sərhədindəki missiyasının sayını artıracaq

Almaniya Ermənistan-Azərbaycan sərhədindəki missiyasının sayını artıracaq.

"İki sahil" “Deutsche Welle”ə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Berlində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən sonra verdiyi açıqlamasında bildirib.

O, qeyd edib ki, Almaniya bölgədə vəziyyətin sabitləşdirilməsi məqsədilə Ermənistanın sərhəd regionlarına daha çox müşahidəçi göndərəcək.