03 mart 2023 12:43
488

Qərbi Azərbaycan İcması barədə qanun qəbul edilməlidir - Fazil Mustafa

Milli Məclisdə Qərbi Azərbaycan İcması barədə qanun qəbul edilməlidir.

“İki sahil” xəbər verir ki,  bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda təşkil etdiyi dinləmədə çıxışı zamanı deyib.

Deputat bildirib ki, beynəlxalq arenada bu işin təbliğatı aparılır, amma biz yaxın tarixin hüquqi problemin üzərindən çıxış etməliyik: “Qarabağı ordumuzun və diplomatiyamızın gücü ilə, eyni zamanda, hüququ əsasla azad etmişik. İndi Ermənistanla hüquq zəminində mübarizəni açıq və şəffaf formada aparmalıyıq. Qərbi Azərbaycan məsələsində hüdudu məhdudlaşdırmalı, daha konkret məsələlərə köklənməliyik".