05 mart 2023 18:42
876

Toivo Klaar Bakıya gəlib - YENİLƏNİB

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə T.Klaar özünün "Twitter" səhifəsində yazıb.

"Yenidən Bakıdayam. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlər olacaq", - xüsusi nümayəndə bildirib.

***

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlir.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Xüsusi Nümayəndəsinin ofisi məlumat yayıb.

Qeyd olunub ki, Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.