06 mart 2023 16:44
303

Prezident İlham Əliyev: Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir

Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.

Azərbaycan dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırlayıb.