06 mart 2023 16:46
321

Aİ Azərbaycan-Ermənistan normallaşma prosesinə bundan sonra da öz töhfəsini verəcək - Toivo Klaar

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

Toivo Klaar Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib.