07 mart 2023 11:37
373

Ermənistanın son təxribatı üçtərəfli Bəyanatın yerinə yetirilməsinin vacibliyini bir daha göstərir

“Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistan tərəfindən növbəti dəfə təxribat törədilib, şəhidlərimiz olub”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

Sahibə Qafarova deyib ki, törədilən hadisə bir daha Üçtərəfli Bəyanatın yerinə yetirilməsinin vacib olduğunu göstərir.