07 mart 2023 17:35
397

Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin sayı 1100-ü keçib - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda yol-nəqliyyat hərəkətləri ilə bağlı 150-dən çox əfv müraciətinə baxılıb.

Bununla da iclaslarda baxılan məsələlərin sayı 1100-ü ötüb.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

“İki sahil” xəbər verir ki, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılır.

Komissiyanın indiyədək keçirilən iclaslarında 1000-ə yaxın müraciətə baxılıb.